Hadisə barədə məlumat

Hadisə hansı sığorta növü üzrə baş vermişdir:

Avtonəqliyyat vasitəsinin sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Hadisənin təsviri

Qarşı tərəf barədə məlumat

Soyadı və adı

Avtomobilin markası və modeli
Dövlət qeydiyyat nişanı
Əlaqə nömrəsi
Hadisə haqqında məlumat

Tarixi və vaxtı

Baş vermə yeri

Hadisə DYP əməkdaşları tərəfindən sənədləşdirilibmi?

Sığortalanmış avtomobil barədə məlumat

Markası və modeli

Dövlət qeydiyyat nişanı
Buraxılış ili
Əmlak sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Qarşı tərəf barədə məlumat

Soyadı və adı

Ünvanı
Məlumat
Hadisə haqqında məlumat

Tarixi və vaxtı

Hadisə polis və ya Fövqəladə Hallar Nazirliyinin (və ya digər müvafiq dövlət orqanları) əməkdaşları tərəfindən sənədləşdirilibmi?

Hadisənin təsviri

Dəymiş zərərin təsviri
Əmlak sığortası
Sığortalı

Soyadı və adı

Sığorta şəhadətnaməsinin nömrəsi

Əlaqə nömrəsi

Hadisənin təsviri
Hadisə haqqında məlumat

Hadisə hansı ölkədə və şəhərdə baş vermişdir

Tarixi və vaxtı

Hadisə barədə ixtisaslaşmış servis mərkəzinə məlumat verilmişdirmi?

Çəkilmiş xərclərin məbləği
Təklifinizi və ya şikayətinizi göndərin.
Təklif şikayət
AZ EN
Könüllü tibbi sığorta

Könüllü tibbi sığorta-tibbi xidmətlər üzrə məsələlərin həllində alternativ bir üsuldur.

Bu sığorta növü üzrə «İpək Yolu Sığorta» ASC ilə bağlanan sığorta muqaviləsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində sığorta olunana (olunanlara) müqavilədə razılaşdırılmış həcmdə, müddətdə, keyfiyyətdə və qaydalarla tibbi yardımın təşkil edilməsini, Sığorta edən isə sığorta haqqını (və ya onun razılaşdırılmış ilk hissəsini) tam məbləğdə və sığortaçı ilə razılaşdırılmış vaxtda ödəməyi öz öhdəsinə götürür.
Sığorta hadisəsi dedikdə, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən, sığortaçı üçün sığorta olunana göstərilən tibbi yardımın və digər xidmətlərin əvəzini ödəmək öhdəliyini yaradan və sığorta müqaviləsində nəzərdə tutulmuş hadisə başa düşülür.

Sığorta müddəti ərzində sığorta olunanın səhhətinin pisləşməsi, kəskin xəstəliklər, xroniki xəstəliklərin kəskinləşməsi, zəhərlənmə və digər bədbəxt hadisələr ilə əlaqədar müqavilədə nəzərdə tutulan tibbi müəssisələrə müqavilədə göstərilən tibbi xidmətlərin çərçivəsində məsləhət, müayinə, müalicə və digər tibbi yardımın alınması məqsədi ilə müraciət etməsi sığorta hadisəsi hesab olunur.

Sığorta təminatı

Sığorta hadisəsi baş verdikdə Sığorta olunan Sığortaçının Xidmət Mərkəzi ilə əlaqə saxlayır və sığortaçının müəyyən etdiyi tibbi müəssisəsinə müraciət edir.

Sığortaçı Tibb müəssisəsinə aşağıdakı xərcləri ödəyir:

Tibbi xərclər, yəni:

a) diaqnostik müayinələrin, təcili vaksinasiyaların və təcili tibbi təxliyənin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və travma nəticəsində istifadə olunan fiksasiya vasitələrinə çəkilmiş xərclər də daxil olmaqla təcili tibbi yardım xərcləri

b) Əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və travma nəticəsində istifadə olunan fiksasiya vasitələrinə çəkilmiş xərclər də daxil olmaqla stasionarda qalma və müalicə olunma (standart tipli palatada) xərcləri;

c) Həkim xidmətləri, diaqnostik müayinələr, sarğı materialları və travma nəticəsində istifadə olunan fiksasiya vasitələrinə çəkilmiş xərclər də daxil olmaqla ambulator müalicə xərcləri.

Tibbi təxliyə xərcləri, yəni:

Hadisə yerindən ən yaxın məsafədə yerləşən tibb müəssisəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma («təcili yardım» avtomobili və ya digər nəqliyyat vasitəsi ilə) xərcləri.